Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Emoməli Rəhmon Qazaxıstana səfər edəcək
dünya

Emoməli Rəhmon Qazaxıstana səfər edəcək

04-11-2026 17:00 11 Baxış
IMG

İordaniya Kralı II Abdullah və Tacikistan Prezidenti Emoməli Rəhmon noyabr ayında Qazaxıstana səfər edəcəklər.

 

Tvit.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Aybek Smadiyarov məlumat verib.

Bildirilib ki, İordaniya Kralı II Abdullah noyabrın 5-6-da, Tacikistan Prezidenti Emoməli Rəhmon isə noyabrın 5-7-də Qazaxıstanda səfərdə olacaq.

Səfərlər çərçivəsində liderlərin ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcəkləri gözlənilir.

Qeyd edək ki, noyabrın 6-da Astanada bir sıra dövlət başçılarının iştirakı ilə Əqabə Prosesi çərçivəsində sammit də keçiriləcək.