Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Azərbaycan parakarateçisi Avropa çempionu oldu
idman

Azərbaycan parakarateçisi Avropa çempionu oldu

04-11-2026 17:00 11 Baxış
IMG

Azərbaycan paralimpiyaçısı Aysel Əhmədli Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 16-cı "WSF - şotokan karate" üslubu üzrə Avropa çempionatında qızıl medal qazanıb.

 

Bu barədə Tvit.az-a Milli Paralimpiya Komitəsindən məlumat verilib.

 

İki gün davam edən yarışda parakarate üzrə K10 kateqoriyasında mübarizə aparan idmançı bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.