ABŞ-ın Florida sahillərində helikopter dənizə düşüb.
Tvit.az bu barədə ABŞ mediasına istinadən xəbər verir.
İlkin araşdırmalara görə, qayıqların şəklini çəkmək üçün havaya qalxan "Robinson R44" helikopteri havaya qalxdıqdan təxminən 7 dəqiqə sonra Biskeyn körfəzinə düşüb.
Qəza nəticəsində helikopterdə olan 3 nəfərdən 1 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı bildirilib.
Elmin Alışov