Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycanda “Uber”in adı dəyişdirildi
sosial

Azərbaycanda “Uber”in adı dəyişdirildi

06-11-2026 11:00 16 Baxış
IMG

Azərbaycanda fəaliyyət göstərən “Uber” taksi sifarişi xidmətinin adı dəyişdirilib.

"Tvit.az" FED.az-a istinadən xəbər verir ki, platforma bundan sonra “Heetch AZ” adı ilə fəaliyyət göstərəcək.

Dəyişikliklə bağlı məlumat tətbiqin “Quql Pley” (Google Play) platformasındakı səhifəsində yer alıb. Belə ki, tətbiqin açıqlamasında “Uber AZ”ın artıq “Heetch” olduğu və sadəcə adının dəyişdirildiyi bildirilib.

Ad dəyişikliyinə baxmayaraq, tətbiqin mövcud texniki identifikatoru saxlanılıb. Bu isə platformanın əvvəlki tətbiq üzərindən fəaliyyətini davam etdirdiyini göstərir.