Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ Prezidenti Qətər əmiri ilə regionda gərginliyin azaldılmasını müzakirə edib
dünya

ABŞ Prezidenti Qətər əmiri ilə regionda gərginliyin azaldılmasını müzakirə edib

06-11-2026 11:00 12 Baxış
IMG

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

 

Tvit.az-ın məlumatına görə, tərəflər regionda son hadisələri, gərginliyin azaldılması istiqamətində diplomatik səyləri və mövcud böhranın həlli üçün hərtərəfli razılaşmanın əldə olunması imkanlarını müzakirə ediblər.

 

Danışıq zamanı Qətərin münaqişə tərəflərinin mövqelərinin yaxınlaşdırılması və danışıqlar prosesinə dəstəyi diqqət mərkəzində olub.

Qətər əmiri fikir ayrılıqlarının diplomatik yollarla həllinin, gərginliyin artmasının qarşısının alınmasının, gəmiçilik təhlükəsizliyinin və enerji təchizatının təmin edilməsinin vacibliyini vurğulayıb.

Tərəflər, həmçinin Qətər və ABŞ arasında strateji tərəfdaşlıq münasibətlərini nəzərdən keçiriblər.

 

Aysel Şirinova,

Tvit.az