Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Gürcüstan Türkiyə vətəndaşını ölkədən çıxardı
dünya

Gürcüstan Türkiyə vətəndaşını ölkədən çıxardı

06-11-2026 14:00 9 Baxış
IMG

Gürcüstanda ağır cinayətlər törətməkdə şübhəli bilinərək axtarışa verilmiş Türkiyə vətəndaşı saxlanılaraq ölkədən çıxarılıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, saxlanılan şəxs Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən bir sıra ağır cinayətlərə, o cümlədən qəsdən adam öldürmə, cinayəti gizlətmə, saxlanılmaqdan yayınmaq məqsədilə qətl törətmə, rüşvət vermə, hədə-qorxu gəlmə və dələduzluq əməllərinə görə axtarışda olub.

Gürcüstan DİN-in Miqrasiya Departamentinin əməkdaşları saxlanılan şəxsi “Sarpi” sərhəd-keçid məntəqəsinə apararaq Türkiyənin hüquq-mühafizə orqanlarına təhvil veriblər.

 

Aysel Şirinova