Almaniya hökuməti İranın nüvə silahı əldə etməyə hazırlaşdığını bildirərək İslam Respublikasına qarşı hərbi cavabı zəruri hesab edir.
Tvit.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful açıqlama verib.
Vadeful İran hökumətinin davranışlarının digər ölkələrə cavab tədbirləri görmək və özünümüdafiə hüququndan istifadə etmək üçün kifayət qədər əsas verdiyini vurğulayıb. O, eləcə də İranı mövcud münaqişənin əsas səbəbi adlandıraraq, Tehranın nüvə silahı əldə etməyə hazırlaşdığını vurğulayıb.
Elmin Alışov