Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Paşinyan ABŞ-də Azərbaycanla müqavilənin paraflanmasını dönüş nöqtəsi adlandırıb
sosial

Paşinyan ABŞ-də Azərbaycanla müqavilənin paraflanmasını dönüş nöqtəsi adlandırıb

18-08-2025 18:00 15 Views
IMG

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-də Azərbaycanla sülh müqaviləsinin paraflanmasını dönüş nöqtəsi adlandırıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Ermənistan lideri xalqa müraciətində bildirib.

 

Paşinyan xatırladıb ki, avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli sammitdən sonra Azərbaycan və Ermənistan iki mühüm sənəd imzalayıblar - birincisi, “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” Sazişi paraflayıblar, ikincisi, birgə bəyannamə qəbul ediblər.

 

“Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar oldu, əziz insanlar. Avqustun 8-dən biz fərqli Cənubi Qafqazda, yeni Ermənistanda yaşayırıq”, - Paşinyan bildirib.