Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bərdə rayonunun bir sıra yaşayış məntəqəsində qaz olmayacaq
sosial

Bərdə rayonunun bir sıra yaşayış məntəqəsində qaz olmayacaq

28-08-2025 17:00 37 Views
IMG

Sabah Bərdə rayonunun 16 kəndi və 2 qəsəbəsində 3 909 abonentin qaz təchizatı dayandırılacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, Bərdə xidmət sahəsinin ərazisində yerləşən "Bərdə" Qaz Tənzimləyici Məntəqəsində (QTM) toztutucu filtrin təftiş edilməsi ilə bağlı qazın nəqlinin dayandırılması zərurəti ilə əlaqədar 29.08.2025-ci il tarixində saat 11:00-dan etibarən işlər başa çatanadək "Bərdə" QTM-dən qidalanan "Mehdixanlı" ölçü qovşağından Bərdə rayonunun 16 kəndi və 2 qəsəbəsində 3909 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.