Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Sabahdan Tehrana aviareyslər bərpa olunur
sosial

Sabahdan Tehrana aviareyslər bərpa olunur

05-09-2025 21:00 27 Views
IMG

"Azərbaycan Hava Yolları" QSC (AZAL) sentyabrın 6-dan etibarən Bakı-Tehran-Bakı marşrutu üzrə birbaşa uçuşların yerinə yetirilməsinə başlayır.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə X-də yazıb.

 

Diplomat xatırladıb ki, bir neçə il sürən aradan sonra Azərbaycan Prezidentinin tapşırığına müvafiq olaraq sentyabrın 4-ü axşam saatlarında AZAL-ın Bakı-Təbriz-Bakı marşrutu üzrə ilk birbaşa reys baş tutub:

 

"Bu aviareys ilkin olaraq həftədə iki dəfə həyata keçiriləcək. Şənbə günündən etibarən isə AZAL-ın Bakı-Tehran-Bakı reysi də bərpa olunacaq".