Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Emin Əmrullayev: Azərbaycanda qeyri-qanuni diplom almaq fərasət sayılır
sosial

Emin Əmrullayev: Azərbaycanda qeyri-qanuni diplom almaq fərasət sayılır

11-09-2025 14:00 24 Views
IMG
"Bizdə bir çox adamlar hansısa xarici universitetə gedəndə, əslində, səhv yerə getdiyini bilir, amma yolundan dönmür".
 
Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
 
"Bəzən hansısa xaricdə "təhsil alan" tələbə həmin ölkənin dilini belə bilmir, amma diplomunun tanınmasını istəyir. Biz isə diplomu tanımayanda narazı qalır. Bizim işimiz odur ki, heç kimin qanunsuz aldığı diplomunu tanımayaq. Qeyri-qanuni diplom alanlara ictimai qınaq lazımdır. Təəssüf ki, Azərbaycanda qeyri-qanuni diplom alanlara ictimai qınaq yoxdur. Bizdə qeyri-qanuni diplom almaq fərasət sayılır. Bu, belə olmamalıdır", - nazir vurğulayıb.