Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verdi
sosial

Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verdi

15-09-2025 16:00 24 Views
IMG

Azərbaycan Mərkəzi Bankı (AMB) "Ləman", "Stumul" və "İnci Kredo" kredit ittifaqlarına icrası məcburi göstəriş verib. 

"Tvit.az" xəbər verir ki, kredit ittifaqları 2024-cü ilin kənar auditdən keçmiş maliyyə hesabatlarını təqdim etmədiyindən, "Kredit ittifaqları haqqında" qanunun 17.3-cü maddəsinin tələbi təmin edilməyib. "Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası"nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, kredit təşkilatlarından maliyyə hesabatlarının kənar auditdən keçməsi, təsdiqedici sənədlər əlavə edilməklə quruma rəsmi məlumat verilməsi tələb olunub.