Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Yağış sularının kənarlaşdırılması üçün yeni kollektorlar salınır
sosial

Yağış sularının kənarlaşdırılması üçün yeni kollektorlar salınır

17-09-2025 15:00 27 Views
IMG

Bakıda leysan xarakterli yağışların yağması zamanı suların kənarlaşdırılması məqsədilə bir neçə istiqamətdə yeni kollektorların salınması işlərinə başlanıb.

Bu barədə "Tvit.az"a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd olunub ki, işlər başa çatdıqdan sonra güclü yağışın törədə bildiyi fəsadlar tədricən azalacaq.

Həmçinin bildirilib ki, şəhərin bir neçə nöqtəsində yağış sularının təxliyəsi üçün nəzərdə tutulan xətlər salınıb, bəzi ərazilərdə isə bu istiqamətdə işlərə başlanıb.