Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Ölkədə 16 nəqliyyat vasitəsi hərraca çıxarılır
sosial

Ölkədə 16 nəqliyyat vasitəsi hərraca çıxarılır

17-09-2025 20:00 22 Views
IMG

Noyabrın 13-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək.

 

Tvit.az-a bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 62 min 610 manat olan 16 nəqliyyat vasitəsi çıxarılacaq.

 

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.