Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycanlı aktyor Hollivud filminə çəkilir
sosial

Azərbaycanlı aktyor Hollivud filminə çəkilir

05-12-2025 19:00 16 Views
IMG

Azərbaycanlı aktyor Eldar İsgəndərov məşhur rejissor Qrant Singerin yeni bədii filmi "Reenactment"in aktyor heyətinə daxil olub.

 

Tvit.az xəbər verir ki, o, filmdə Benisio del Toro, Kameron Diaz və Ana de Armas kimi dünya şöhrətli aktyorlarla birlikdə oynayacaq.

 

Filmin süjeti kimi, İsgəndərovun rolu da hələlik məxfi saxlanılır. İstehsal işlərinə bu ilin sonunda Los-Ancelesdə başlamaq planlaşdırılır.

 

Layihə del Toronu Singer və "Black Label Media" ilə yenidən bir araya gətirir.


Əslən azərbaycanlı olan, lakin Niderland və Belçikada böyüyən Eldar İsgəndərov Savanna İncəsənət və Dizayn Kollecinin məzunudur. "Reenactment" onun bu il çəkildiyi üçüncü bədii film hesab olunur. Aktyor bundan əvvəl Cess Eyzsenberqin "A24" və "Fruit Tree" studiyaları üçün hazırladığı adsız musiqili komediyada, həmçinin "Topic Studios"un istehsal etdiyi, Cordan Förstmanın rejissorluq debütü olan "Club Kid" filmində rol alıb.