Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Məhkəmə Məmməd İbrahimliyə rədd cavabı verdi
sosial

Məhkəmə Məmməd İbrahimliyə rədd cavabı verdi

08-12-2025 15:00 20 Views
IMG

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

"Tvit.az" xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.

Belə ki, Apellyasiya şikayəti təmin edilməyib, həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Səbail rayon Məhkəməsinin qərarı ilə M. İbrahimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barələrində aparılan araşdırma çərçivəsində DTX-də dindiriliblər.

Onların evində axtarış aparıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinə aparılıblar.

Məlumata görə, Əli Kərimlinin və Məmməd İbrahimlinin evindəki axtarış və dindirilmə Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır.

Xatırladaq ki, Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.