Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial "Qurbanı və Nərimanı söyənlər..." - Deputatdan sərt reaksiya
sosial

"Qurbanı və Nərimanı söyənlər..." - Deputatdan sərt reaksiya

11-12-2025 13:00 10 Views
IMG

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda "Ayaks"la keçirilən həlledici oyunda 2:4 hesabı ilə məğlub olub. Gərgin mübarizənin ardından nəticə bir çox azarkeş tərəfindən gözlənilməz qarşılanıb və bu, sosial şəbəkə platformalarında geniş müzakirələrə səbəb olub.

Xüsusilə də Nəriman Axundzadənin start heyətdə meydana çıxmasının böyük səhv olduğu iddia edilərək müzakirələr qızışıb. Dünəndən etibarən klubun sosial media hesablarının şərh bölməsinə yüzlərlə aqressiv ifadələr yazılır, komandanın qərarları sərt tənqid olunur.

Tvit.az xəbər verir ki bu barədə News24.az-ın suallarını cavablandıran deputat Aqil Abbas bildirib ki, Qurban Qurbanovu və Nəriman Axundzadəni təhqir edənlərin futboldan anlayışı yoxdur:

"Sosial şəbəkədə yazılan sərt və emosional reaksiyalar heç bir halda obyektiv deyil və komandanın üzərində əlavə təzyiq formalaşdırır. Qurban Qurbanov Azərbaycan futbolunu ən yaxşı bilən mütəxəssislərdən biridir və onun məşqçi kimi qərarları emosiyalarla deyil, peşəkar yanaşma ilə verilir. Futbolu Azərbaycanda Qurban kimi yaxşı bilən yoxdur. Onun hər qərarının arxasında illərin təcrübəsi dayanır".

Aqil Abbas Nəriman Axundzadə ilə bağlı səslənən tənqidlərə də münasibət bildirib. O qeyd edib ki, Nəriman istedadlı və perspektivli futbolçudur, hələ 21 yaşı olsa da, böyük gələcək vəd edir:

“Nəriman özü də istedadlı oğlandır. O, yetişən futbolçudur. Hamı birdən-birə Maradona olmur ki. Futbolçu belə yetişir, belə püxtələşir”.

Deputat əlavə edib ki, “Qarabağ”ın rəqibinin gücü də nəzərə alınmalıdır. Onun sözlərinə görə, “Ayaks” sıradan komanda deyil və belə bir rəqiblə oynamaq özü böyük təcrübədir:

“"Ayaks" "Səbail" deyil. "Qarabağ” Avropanın ən güclü komandalarından biri ilə oynayırdı. Bəlkə bu mövsüm 6 oyun uduzmuşdu, amma 1500 azarkeşi Niderlanddan durub Bakıya gəlmişdi. Bu özü onların nə qədər böyük komanda olduğunu göstərir”