Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Türkiyə gəmisi Odessada Rusiyanın raket hücumuna məruz qalıb
sosial

Türkiyə gəmisi Odessada Rusiyanın raket hücumuna məruz qalıb

12-12-2025 20:00 13 Views
IMG

Türkiyə şirkətinə məxsus yükdaşıma gəmisi Odessanın Çernomorsk limanında Rusiyanın raket hücumuna məruz qalıb.

 

Bu barədə Report-un Şərqi Avropa bürosuna İvano-Frankovsk vilayətindəki Azərbaycanlılar Konqresinin sədri Mətləb Nəcəfov məlumat verib.

 

"CENK RORO" gəmisinin yükdaşıma avtomobilləri daşıdığı bildirilib. Hücum zamanı Azərbaycan qeydiyyatı olan 10-dək avtomobildaşıyan texnikanın da hədəfə alındığı ehtimal olunur.

 

Ölən və yaralananlar barədə məlumat verilməyib.