Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
sosial

Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi

12-12-2025 21:00 31 Views
IMG

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.

 

Tvit.az xəbər verir ki, bununla bağlı, Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.

 

Xəbərdarlığa əsasən, dekabrın 13-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi 14-ü gündüz saatlarına kimi davam edəcək.

 

Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 28-33 m/s, açıq dənizdə isə 35-38 m/s-dək güclənəcəyi gözlənilir.

 

Dalğanın hündürlüyünün 3.0-4.0 m, sonrakı inkişafda 5.5-7.5 m. çatacağı proqnozlaşdırılır.