ABŞ-ın Avropa və Ukrayna rəsmiləri ilə keçirdiyi görüşlərlə bağlı Vaşinqton administrasiyası ilə təmaslara hazırlaşırıq.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Həqiqətən də, amerikalıların avropalılar və ukraynalılarla gördüyü işlərin nəticələri barədə məlumat almaq üçün amerikalı həmkarlarımızla müəyyən əlaqələrə hazırlaşırıq”,- deyə Peskov bildirib.
Elmin Alışov