Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Rusiyadan Çinə gedənlərin sayı artıb
dünya

Rusiyadan Çinə gedənlərin sayı artıb

18-12-2025 22:00 15 Views
IMG
Rusların Çinə turist axını 40% artıb. 
 
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata əsasən, qarşılıqlı vizasız rejimin tətbiqi ölkələr arasında turist mübadiləsini genişləndirəcək.

"Yalnız Rusiyadan Çinə turist axınımız sentyabrın ortalarından bəri 40% artıb. Beləliklə, qarşımızda turist mübadilələrinin qarşılıqlı genişlənməsi var," deyə bildirilib.

Qeyd edək ki, dekabrın 1-də Rusiya prezidenti Vladimir Putin Çin vətəndaşlarının Rusiyaya vizasız girişi barədə fərman imzalayıb.

Beləliklə, Çindən gələn turistlər 14 sentyabr 2026-cı ilədək vizasız Rusiyaya 30 gündən çox olmayaraq gələ biləcəklər.

Aysel Şirinova