Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Qadınların pensiya yaşı ilə bağlı mühüm xəbər
sosial

Qadınların pensiya yaşı ilə bağlı mühüm xəbər

19-12-2025 19:00 25 Views
IMG

Gələn ildən qadınların pensiya yaşı artırılır.

 

Tvit.az Metbuat.az-a istinadən xəbər verir ki, 2026-cı ilin 1 iyul tarixindən etibarən qadınlar üçün pensiya yaşı 6 ay artırılacaq.


Qanunvericiliyə əsasən, həmin tarixdən qadınların pensiya yaşı 64 il 6 aydan 65 yaşa qaldırılacaq.

 

Bu artım prosesin sonuncu mərhələsi hesab olunur və bundan sonra qadınlar üçün pensiya yaşı 65 yaş səviyyəsində sabit qalacaq.

 

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən, pensiya yaşı 2017-ci il iyulun 1-dən başlayaraq mərhələli şəkildə artırılıb.