Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Rusiyada Azərbaycan diasporunun üç üzvünün həbs müddəti uzadıldı
sosial

Rusiyada Azərbaycan diasporunun üç üzvünün həbs müddəti uzadıldı

19-12-2025 23:00 13 Views
IMG

Yekaterinburq məhkəməsi qətllər törətməkdə ittiham olunan Azərbaycan diasporunun üç üzvünün həbs müddətini uzadıb.

 

Tvit.az xəbər verir ki, bu barədə "Komsomolskaya Pravda" məlumat yayıb.

 

Qeyd edilib ki, Əziz Abasov, Şahin Lalayev və Əhliman Gənciyev bir qrup şəxs tərəfindən əvvəlcədən əlbir olaraq törədilən qətl, muzdlu qətl, muzdlu qətlə cəhd maddələri ilə ittiham olunublar.

 

Məlumata görə, məhkəmə qərarı ilə onların həbs müddəti 29 mart 2026-cı ilə qədər uzadılıb. Qərar hələ qüvvəyə minməyib. Tərəflər üç gün ərzində apellyasiya şikayəti verə bilərlər.