Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Litvaya məxsus istilik elektrik stansiyası Ukraynaya köçürülüb
dünya

Litvaya məxsus istilik elektrik stansiyası Ukraynaya köçürülüb

22-12-2025 17:00 21 Views
IMG

Avropa İttifaqı (Aİ) Ukraynanın təxminən bir milyon sakininin tələbatını ödəyə biləcək gücə malik Litvaya məxsus istilik elektrik stansiyasını (İES) Kiyevə təhvil verib.

 Tvit.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) nümayəndəsi Olof Gill brifinqdə bildirib. 

 

Gill Litvadan Ukraynaya İES-in çatdırılmasını Avropanın indiyədək həyata keçirdiyi ən iri logistik əməliyyat adlandırıb və qeyd edib ki, ötürülən avadanlıq ölkədə elektrik enerjisi istehsalının bərpasına mühüm töhfə verir.

 

Bildirlib ki, Avropa İttifaqı həmçinin Aİ-nin Mülki Müdafiə Mexanizmi çərçivəsində Ukraynaya 9,5 min elektrik generatoru və 7,2 min transformator göndərib.

 

Aysel Şirinova