Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Rusiya və Qazaxıstan prezidentləri ikitərəfli görüş keçiriblər
dünya

Rusiya və Qazaxıstan prezidentləri ikitərəfli görüş keçiriblər

22-12-2025 17:00 23 Views
IMG

Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Kasım-Jomart Tokayev MDB ölkələri liderlərinin qeyri-rəsmi sammiti başa çatdıqdan sonra ayrıca ikitərəfli görüş keçiriblər.

Tvit.az xarici mediaya istinadla xəbər verir ki, görüş Sankt-Peterburqdakı Dövlət Ermitajının zallarından birində baş tutub.

Daha əvvəl Tokayev bildirib ki, Avrasiya İqtisadi İttifaqının növbəti sammiti 28–29 may tarixlərində Astanada keçiriləcək.

Qazaxıstan prezidenti həmçinin qeyd etmişdi ki, Aİİ-yə üzv ölkələrin ümumi daxili məhsulu 2025-ci ildə 2 faiz arta bilər.

 

Aysel Şirinova