Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda Tacikistanın dövlət başçısı Emoməli Rəhmonla ikitərəfli görüş keçirəcək.
Tvit.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, jurnalistlər artıq iki liderin görüşünün başlanmasını gözləyirlər. Eyni zamanda, danışıqların keçiriləcəyi zalda çəkilmiş video da paylaşılıb.
Emoməli Rəhmon Avrasiya İqtisadi Şurasının iclasında və MDB-nin qeyri-rəsmi sammitində iştirak etmək üçün dekabrın 21-də Sankt-Peterburqa gedib.
Aysel Şirinova