Bu gün Pakistanın Xeybər Paxtunxva əyalətinin şimal-qərbində polis avtomobilinə silahlı hücum nəticəsində beş polis həlak olub.
Tvit.az bu barədə Pakistan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, polislər neft obyektlərinin mühafizəsinə göndərilərkən naməlum silahlı şəxslər tərəfindən atəşə tutulub. Hücumdan sonra silahlılar polis avtomobilini yandıraraq hadisə yerindən qaçıblar.
Elmin Alışov