Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ABŞ və Tokayev rəhbərləri arasında telefon danışığı oldu
dünya

ABŞ və Tokayev rəhbərləri arasında telefon danışığı oldu

23-12-2025 18:00 16 Views
IMG

ABŞ və Qazaxıstan prezidentləri Donald Tramp və Kasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub.

Tvit.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. 

 

Tərəflər ikitərəfli münasibətləri, eləcə də beynəlxalq gündəmin aktual məsələlərini, o cümlədən Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.

 

Tokayev noyabr ayında Vaşinqtona səfəri zamanı əldə olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsinə hazır olduğunu təsdiqləyib. O, Ukrayna münaqişəsinin nizamlanmasının mürəkkəbliyini qeyd edərək, hər iki tərəfdən kompromislərin vacibliyini vurğulayıb və bütün iştirakçıları səbirli, çevik və peşəkar olmağa çağırıb. Dövlət başçısı bildirib ki, Qazaxıstan vasitəçi qismində çıxış etmir, lakin zərurət yarandığı təqdirdə danışıqlar üçün platforma təqdim etməyə hazırdır.

 

Bundan əlavə, Tokayev Donald Trampı Qazaxıstana səfərə dəvət edib və bu səfərin tarixi hadisə olacağına əminliyini ifadə edib.