Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial İsmayıllıda yerləşən qaçqın və məcburi köçkün məktəbin statusu dəyişdirilib
sosial

İsmayıllıda yerləşən qaçqın və məcburi köçkün məktəbin statusu dəyişdirilib

24-12-2025 11:00 28 Views
IMG

Daha bir qaçqın və məcburi köçkün məktəbi yerləşdiyi ərazinin tabeliyinə verilərək, statusu dəyişdirilib.

Məsələ ilə bağlı Qarabağ regional Təhsil İdarəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Ağdam rayonu 30 nömrəli tam orta məktəb İsmayıllı rayonu Qarabağ qəsəbəsində fəaliyyət göstərib.

Qeyd edilib ki, təhsil müəssisəsinin faktiki yerləşdiyi ərazi Qarabağ Regional Təhsil İdarəsinin dislokasiya sərhədlərindən kənarda olduğundan idarəetmə və nəzarət mexanizmlərinin daha səmərəli həyata keçirilməsi, operativliyin artırılması, idarəetmədə vahidliyin təmin edilməsi, təhsil prosesinin daha effektiv təşkili məqsədilə məktəb yerləşdiyi ərazi üzrə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyinə verilib.

Vurğulanıb ki, bu dəyişiklik yalnız inzibati idarəetməni əhatə edir:

"Məktəbdə tədrisin təşkili, şagirdlərin təhsil hüquqları və pedaqoji heyətin fəaliyyəti əvvəlki qaydada davam etdirilir".

Məlumat üçün qeyd edək ki, məktəb bundan sonra İsmayıllı rayon 8 saylı tam orta məktəb olaraq fəaliyyətini davam etdirəcək.