Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ABŞ qanunsuz miqrantların deportasiyasını artıracaq
dünya

ABŞ qanunsuz miqrantların deportasiyasını artıracaq

29-12-2025 11:00 21 Views
IMG

ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi (DTN) 2026-cı ildə ölkə ərazisindən qeyri-qanuni miqrantların deportasiyasının tempi və miqyasının artırılacağını vəd edib.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 Bildirilir ki, 2025-ci il ərzində hüquq-mühafizə orqanları ABŞ-dən 2,5 milyondan çox miqrantı çıxarmağa nail olub.

“Bir ildən də az müddətdə 2,5 milyondan çox qeyri-qanuni miqrant ABŞ ərazisini tərk edib. Bu nəticə ABŞ prezidenti Donald Trampın və daxili təhlükəsizlik naziri Kristi Noemin qeyri-qanuni miqrasiyaya qarşı həyata keçirdiyi qətiyyətli tədbirlər sayəsində əldə olunub. Və bütün bunlar hələ başlanğıcdır”, - deyə qeyd olunub.