Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bakıda orta aylıq əməkhaqqı artıb
sosial

Bakıda orta aylıq əməkhaqqı artıb

29-12-2025 15:00 15 Views
IMG

Bu ilin yanvar-oktyabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1357,5 manat olub.

"Tvit.az" bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,5 faiz çoxdur.

Xatırladaq ki, ümumi ölkə üzrə isə 2025-ci ilin yanvar-oktyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1086,3 manat təşkil edib.