Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Azərbaycanlı karateçi Yusif Qəhrəmanlı Avropa birinciliyində gümüş medal qazanıb
sport

Azərbaycanlı karateçi Yusif Qəhrəmanlı Avropa birinciliyində gümüş medal qazanıb

02-11-2026 19:00 13 Views
IMG

Azərbaycan idmançısı Yusif Qəhrəmanlı Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən 16-cı WSF Avropa ölkələri üzrə şotokan karate birinciliyində gümüş medal qazanıb.

Azərbaycan Karate Federasiyasından  verilən məlumata görə, o, 15 yaşadək idmançıların mübarizəsində 70 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Yusif Qəhrəmanlı yarışa məşqçiləri Şahin və Rəşid Xudaverdiyevlərin rəhbərliyi altında hazırlaşıb.