Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Holand Ronaldunu kölgədə qoydu - Reytinqdə böyük dəyişiklik
sport

Holand Ronaldunu kölgədə qoydu - Reytinqdə böyük dəyişiklik

02-11-2026 12:00 19 Views
IMG

"Mançester Siti"nin hücumçusu Erlinq Holand dünyanın ən çox bazar dəyərinə malik futbolçusu seçilib.

 

Tvit.az "Goal" nəşrinə istinadən xəbər verir ki, "SportsPro" şirkəti marketinq baxımından ən cəlbedici 50 idmançının illik reytinqini açıqlayıb. Norveçli ulduz bu göstəricidə Kriştiano Ronaldonu qabaqlayıb.

 

Holand 2026-cı il üzrə reytinqin ilk 10-luğuna düşən yeganə futbolçudur. Bu nəticə norveçli hücumçunun şəxsi brendinin son bir ildə sürətlə gücləndiyini göstərir. Ronaldu isə beşinci pillədən 14-cü yerə geriləyib.

 

Reytinqə qadın tennisinin ulduzu Arina Sobolenko başçılıq edir. Çinli xizəkçi Eylin Qu ikinci, basketbolçu Yannis Adetokunbo üçüncüdür. Erlinq Holand dördüncü pillədə qərarlaşıb. İlk beşliyi ispaniyalı tennisçi Karlos Alkaras tamamlayıb.

 

Araşdırmada 70 idman növündə 1202 atlet qiymətləndirilib. Siyahının hazırlanmasında üç meyar əsas götürülüb. 100 ballıq sistemdə brend dəyəri 45, inkişaf dinamikası 40 və kommersiyaya görə böyümə potensialı 15 ballıq şkala ilə qiymətləndirilib.