Səslərin sayılmasının hələ də davam etdiyi ABŞ-dakı ara seçkilərdə Demokrat namizəd Keyşa Lens Bottoms Corciya ştatının ilk afroamerikalı qadın qubernatoru seçilib.
Tvit.az bu barədə ABŞ mediasına istinadən xəbər verir.
Qeyri-rəsmi nəticələrə görə, Bottoms ştatın ilk qaradərili qadın qubernatoru oldu və ştat administrasiyası 24 ildə ilk dəfə Respublikaçılardan Demokratlara keçdi.
Respublikaçı Rik Ceksonu məğlub edən Demokrat Partiyasının namizədi Bottoms, Corciya ştatının qubernatoru seçilən ilk qadın və ilk qaradərili şəxs kimi tarixə düşdü.
Elmin Alışov