Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya BMT: Ukraynada məcburi köçkünlər insan alverinin qurbanına çevrilə bilər
dünya

BMT: Ukraynada məcburi köçkünlər insan alverinin qurbanına çevrilə bilər

02-05-2025 19:00 42 Views
IMG

BMT-nin İşgəncələrə Qarşı Komitəsi silahlı münaqişə nəticəsində Ukrayna daxilində məcburi köçkünlərin ticarət qurbanı olmaq təhlükəsinin yüksək olması barədə xəbərlərdən narahatlığını bildirib.

Tvit.az xəbər verir ki, bu barədə komitənin mütəxəssisləri tərəfindən dərc olunan yekun müşahidələrdə qeyd olunub.

Sənədə əsasən, Komitə hələ də narahatdır ki, Ukraynada istismar məqsədi ilə insan, xüsusilə də qadın və qız alveri hələ də geniş yayılıb.

 "Komitə həmçinin silahlı münaqişə nəticəsində daxili məcburi köçkünlərin insan alverinin qurbanı olmaq riskinin yüksək olması barədə məlumatlardan narahatdır", - deyə mətndə qeyd edilir. Bununla əlaqədar ekspertlər Ukrayna hakimiyyətini insan alveri ilə bağlı bütün halların hərtərəfli araşdırılması, təqsirkar şəxslərin cəzalandırılması və zərərçəkənlərin təltif olunması üçün lazımi tədbirlər görməyə çağırıblar.

Aysel Şirinova