Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ABŞ-da qaçdığı düşünülən məhkum məhkəmə binasında unuduldu
dünya

ABŞ-da qaçdığı düşünülən məhkum məhkəmə binasında unuduldu

05-05-2025 08:00 22 Views
IMG

ABŞ-ın Corciya ştatında həbsxanadan qaçdığı düşünülən və 12 saat fövqəladə vəziyyətdə axtarılan məhbusun ədliyyə təcridxanasında unudulduğu məlum olub.


Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.


Hakimiyyət həbsxanada fövqəladə vəziyyət elan edib, bütün qapıları bağlayıb və məhbusu axtarmağa başlayıb. Səlahiyyətlilər həbsxananın bütün kameralarında axtarış aparıb və kamera görüntülərini nəzərdən keçirmək qərarına gəliblər.


Səlahiyyətlilər, qaçan olduğu düşünülən məhbusun ədliyyə kamerasında unudulduğunu və 12 saatdır orada gözlədiyini müəyyən ediblər.


Elmin Alışov