Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Həbs edilmiş sabiq prezident seçkilərdə qalib gəlib
dünya

Həbs edilmiş sabiq prezident seçkilərdə qalib gəlib

13-05-2025 16:00 11 Views
IMG

Beynəlxalq Cinayət Məhkəməsi  tərəfindən həbsdə edilmiş Filippinin keçmiş prezidenti Rodriqo Duterte (2016-2022) Davao şəhərində mer seçkilərində qalib gəlib.

Tvit.az-ın xarici KİV-lərə istinadla verdiyi xəbərə görə, o, siyasi karyerası ərzində ümumilikdə 22 il Filippinin cənubundakı bu şəhərin meri vəzifəsində çalışıb.

Səslərin hesablanmasına əsasən, sabiq prezident 659,5 min səs toplayaraq rəqiblərini xeyli qabaqlayıb. Onun ən yaxın rəqibi, keçmiş kabinet katibi və Rodriqo Dutertenin sözçüsü Karlo Noqrales cəmi 80 min 400 səs toplayıb. Filippinin keçmiş prezidentinin oğlu, 37 yaşlı Sebastian Duterte də 648,3 min səs toplayaraq Davao şəhərinin vitse-meri postu uğrunda yarışda böyük fərqlə qalib gəlib.

Bildirilib ki, Rodriqo Duterte hazırda Haaqada olduğundan onun oğlu şəhərin vitse-meri vəzifəsini icra edəcək.

Aysel Şirinova