Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Əfqanıstan nümayəndə heyəti Kazana gedib
dünya

Əfqanıstan nümayəndə heyəti Kazana gedib

14-05-2025 16:00 23 Views
IMG

Əfqanıstan hökumətinin sədr müavini Abdul Qani Baradarın rəhbərlik etdiyi Taliban nümayəndə heyəti Kazana gəlib.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən, o, "Rusiya - İslam dünyası: KazanForum" beynəlxalq iqtisadi forumunda iştirak edəcək. 

Nümayəndə heyətinə Baş nazirin müavini ilə yanaşı, forum çərçivəsində ticarət, kənd təsərrüfatı və energetika sahəsində layihələri müzakirə edəcək nazirlər də daxil olub. 

Əfqanıstan nümayəndələri ilə rusiyalı həmkarları arasında əsas işgüzar görüşlər mayın 15-də başlayacaq.