İstanbulda Ukrayna ilə razılaşdığımız elementlər həyata keçirilməlidir.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“İndi vacib olan mayın 16-da İstanbulda razılaşdırılmış məsələlərin həyata keçirilməsidir. Bunlara ən böyük miqyaslı məhbus mübadiləsi və tərəflərin mümkün atəşkəslə bağlı fikirlərini ətraflı şəkildə təqdim etməsi daxildir”,- deyə sözçü bildirib.
Elmin Alışov