İsrail Qəzza zolağında hərbi əməliyyatı gücləndirmək qərarı və öz rəhbərliyinin siyasəti ucbatından təcrid olunmaq riski fonunda Qərb müttəfiqlərinin dəstəyini fəal şəkildə itirir.
Tvit.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti yazıb.
Mənbə qeyd edir ki, İsrailin son həftədə hərbi əməliyyatlarını intensivləşdirməsi o həddə çatıb ki, ölkənin ənənəvi tərəfdaşları Fələstin anklavının mülki əhalisinin vəziyyətinə məhəl qoymaya bilmirlər. Mühüm siqnal Böyük Britaniya, Fransa və Kanadanın birgə bəyanatı olub ki, bu ölkələr İsrail rəhbərliyindən hərbi əməliyyatları dayandırmağı və nəticələri təhdid etməyi tələb ediblər. Eyni zamanda, Böyük Britaniya artıq İsraillə azad ticarət rejiminin yaradılması ilə bağlı danışıqları dayandırıb.
Həmçinin, Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın sözlərinə görə, Avropa İttifaqı yəhudi dövləti ilə ticarət müqaviləsinə yenidən baxılması prosesinə başlayacaq.
Aysel Şirinova