ABŞ prezidenti Donald Tramp hesab edir ki, İranla İslam Respublikasının nüvə proqramı ilə bağlı müzakirələr düzgün istiqamətdə aparılır.
Tvit.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Leavitt müxbirlər üçün keçirdiyi müntəzəm brifinqdə bildirib.
O vurğulayıb ki, Tramp bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. Söhbət zamanı onlar İsrailin Vaşinqtondakı səfirliyinin iki işçisinin qətlini müzakirə ediblər. Rəsmilər İranla potensial müqavilə barədə də danışıb.
"Prezidentin sözlərinə görə, bu saziş düzgün istiqamətdə irəliləyir", - Leavitt deyib.