Danimarka Parlamenti pensiya yaşını 2040-cı ilə qədər 70-ə qaldıran qanunu qəbul edib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bu qərarla Danimarka Avropada ən yüksək pensiya yaşına malik ölkə olacaq.
Qeyd edək ki, Danimarka 2006-cı ildən etibarən pensiya yaşını gözlənilən ömür uzunluğuna görə müəyyən edir və bu yaş həddini hər beş ildən bir yenidən nəzərdən keçirir.
Elmin Alışov