Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya "Ölməyi üstün tutaram" - Durov
dünya

"Ölməyi üstün tutaram" - Durov

27-05-2025 21:00 43 Views
IMG

Telegramın qurucusu Pavel Durov dövlət strukturlarından asılı olmaqda ittiham olunmasına cavab verib.

Tvit.az xəbər verir ki,  bu barədə "Durovun Kodu" portalı məlumat yayıb.

Sahibkar bildirib ki, onu kiminsə “aktivi” adlandırmaları təhqiredicidir:

“Mən rusam. Mən heç vaxt kiminsə aktivi olmaqdansa, ölməyi üstün tutaram”, – deyə Durov Telegram-ın hansısa dövlət tərəfindən idarə olunması barədə ittihamlara cavab olaraq bildirib.

O həmçinin qeyd edib ki, Telegramdan başqa Şərqi Avropada söz azadlığını qorumaq üçün bu qədər səy göstərmiş başqa bir sosial şəbəkə tanımır.

Aysel Şirinova