Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Putin görünüşü ilə bağlı suala belə cavab verdi
dünya

Putin görünüşü ilə bağlı suala belə cavab verdi

29-05-2025 18:00 44 Views
IMG

Rusiya Prezidenti Vladimir Putin çoxuşaqlı ailələrlə görüşdə gümrah qalması ilə bağlı sualı cavablandırıb.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata əsasən, gənc qadın Putinə “belə yaxşı formada qalmaq üçün nə edirsiniz?”, - deyə sual ünvanlayıb.

Putin isə bunu idmanla məşğul olmaq və gündəlik rejimin düzgün olması - daimi hərəkət ilə əlaqələndirib.

“Ən vacibi – insanın daxilində mühüm hədəflərinin, məqsədlərinin olması və qarşısına qoyduğu məqsədlərə çatmağa, qarşıya çıxan vəzifələri həll etməyə çalışmasıdır. Və bu məqsədlər nə qədər böyükdürsə, bir o qədər yaxşıdır”, – deyə Putin qeyd edib.

Aysel Şiirnova