Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya NATO Ukraynaya yardımı müdafiə xərcləri göstəricisinə daxil edə bilər - Bloomberg:
dünya

NATO Ukraynaya yardımı müdafiə xərcləri göstəricisinə daxil edə bilər - Bloomberg:

10-06-2025 23:00 51 Views
IMG

NATO, Ukraynaya maliyyə yardımını üzv ölkələrin müdafiə xərcləri üçün müəyyən ediləcək yeni hədəf göstəricisinə (ÜDM-in 5%-i) daxil edə bilər.

Tvit.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi iyunun sonunda Haaqada keçiriləcək alyans sammitinin yekun bəyanatının layihəsinə istinadla məlumat verib.

Sənəddə əsas diqqət, gözlənildiyinə görə sammitdə təsdiqlənəcək 5% ÜDM həddinə çatma yollarına yönəlib.

 Bu məqsədlə müdafiə məhsulları ticarətindəki maneələrin aradan qaldırılması təklif olunur. Agentlik diqqətə çatdırıb ki, layihə sənəddə Ukraynanın NATO-ya üzvlük perspektivləri və Çinin Rusiya ilə sıx əməkdaşlığına görə qınanması barədə heç bir qeyd yoxdur. Sənəd kifayət qədər lakonik hazırlanıb.  Bu, ABŞ prezidenti Donald Trampla ictimai qarşıdurmalardan qaçmaq məqsədilə edilib.