Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Tramp: İranın nüvə problemini diplomatik yolla həll etməyə sadiqik
dünya

Tramp: İranın nüvə problemini diplomatik yolla həll etməyə sadiqik

13-06-2025 08:00 40 Views
IMG

ABŞ prezidenti Donald Tramp İsrailin İrana hücumu ehtimalı ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda İranla nüvə problemini diplomatik yollarla həll etməyə sadiq olduqlarını bəyan edib.


Tvit.az xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında bildirib.


“İranın nüvə probleminin diplomatik yolla həllinə sadiq qalırıq. Mənim bütün administrasiyasıma İranla danışıqlar aparmaq tapşırılıb. İran böyük bir ölkə ola bilər, amma ilk növbədə nüvə silahı əldə etmək ümidindən əl çəkməlidir”,- deyə Tramp vurğulayıb.


Elmin Alışov