BRİKS qlobal iqtisadiyyatın 40%-ni təşkil edir.
Tvit.az xəbər verir ki, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Tailand hökumətinin ticarət nümayəndəsi Umeş Pandey bildirib.
"BRİKS — alıcılıq qabiliyyəti pariteti baxımından qlobal iqtisadiyyatın 40%-ni təşkil edir, gələn il isə bu göstərici artıq 41% olacaq", — deyə o, bildirib.
Pandey həmçinin bildirib ki, BRİKS ölkələri Yer kürəsi əhalisinin 40%-ni təşkil edir.
Xatırladaq ki, sonuncu dəfə Vyetnam da BRİKS-ə tərəfdaş ölkə qismində qoşulub.
Aysel Şirinova