Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Netanyahu: İsrail Fordo da daxil olmaqla İranın bütün nüvə obyektlərini vurmağa qadirdir
dünya

Netanyahu: İsrail Fordo da daxil olmaqla İranın bütün nüvə obyektlərini vurmağa qadirdir

19-06-2025 21:00 18 Views
IMG

İsrail İrandakı bütün nüvə obyektlərini, o cümlədən Fordodakı yeraltı nüvə obyektini vura bilər. 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu Kan ictimai yayımına müsahibədə deyib. 

İsrailin ABŞ-ın köməyi olmadan İranın yeraltı Fordo nüvə obyektini məhv etməyə qadir olub-olmaması ilə bağlı suala Netanyahu, "Biz bütün məqsədlərimizə nail olacağıq və onların bütün nüvə obyektlərini vuracağıq. Bunu etmək imkanımız var" deyib. 

Netanyahu əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp “qoşulmaq istəyir, ya yox – bu, tamamilə onun qərarıdır”.