Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İran rəhbərindən nüvə ilə bağlı açıqlama
dünya

İran rəhbərindən nüvə ilə bağlı açıqlama

21-06-2025 20:00 21 Views
IMG

İran prezidenti Məsud Pezeşkian Fransa prezidenti Emmanuel Makronla söhbətində ölkənin nüvə proqramının dinc xarakter daşımasına zəmanət verməyə hazır olduğunu bildirib.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən, Pezeşkian qeyd edib ki, o, İranın nüvə proqramının “sıfırlanmasının” əleyhinədir və İsrailin hücumları davam edərsə, Tehranın qəti cavab verməyə hazır olduğunu vurğulayıb.

"Biz etimadı gücləndirmək və İranın nüvə fəaliyyətinin dinc xarakter daşımasını təmin etmək üçün dialoq və əməkdaşlığa hazırıq. Eyni zamanda, nüvə fəaliyyətlərinin heç bir halda sıfıra endirilməsini qəbul etmirik", - o, deyib.

Aysel Şirinova