Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ABŞ İranın ABŞ bazasına endirdiyi zərbə nəticəsində itki olmadığını bildirib
dünya

ABŞ İranın ABŞ bazasına endirdiyi zərbə nəticəsində itki olmadığını bildirib

23-06-2025 23:00 21 Views
IMG

İranın Qətərdəki Əl-Udeyd aviabazasına endirdiyi zərbə nəticəsində Birləşmiş Ştatlar qoşunları arasında heç bir itki qeydə almayıb.

Tvit.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" ABŞ rəsmisinə istinadən məlumat yayıb.

“İranın raket hücumu nəticəsində Qətərdəki Amerika hərbçiləri arasında hər hansı itki qeydə almamışıq", - deyə bildirilib.

Bundan əvvəl Pentaqon İranın Qətərdəki ABŞ-ın Əl-Udeyd aviabazasına qısa və orta mənzilli raketlərlə hücum etdiyini təsdiqləyib.

Aysel Şirinova